“Nikol Paşinyana təzyiq olub ki, Xankəndini götürəcəyik” - Sarkisyan

“Nikol Paşinyana təzyiq olub ki, Xankəndini götürəcəyik” - Sarkisyan<span class="qirmizi"></span>

 

“Mən bilirəm ki, noyabrın 6-da sənəd hazırlanıb, orada Mehri dəhlizi yazılıb”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti imza atmayıb və məsələ noyabrın 10-na qədər uzanıb.

“Həmçinin təzyiq olub ki, Xankəndini götürəcəyik. Ermənistan səlahiyyətliləri bunun onların varisləri üçün hökm olacağını başa düşüblər, imzalamayıblar və həmin qeyri-müəyyən 9-cu bənd daxil edilib. Nikol Paşinyan dəhliz vəd etməyib, Azərbaycan və Türkiyəyə dəhlizi Vladimir Putin vəd edib”, - deyə Sarkisyan qeyd edib.

Erməni siyasi xadim vurğulayıb ki, Rusiya Azərbaycana dəhliz vəd edib, lakin Ermənistan buna qarşı olduğu üçün bunu edə bilmir: “Rusiya, Türkiyə və Azərbaycan arasında müharibənin əvvəlcədən başlaması ilə bağlı razılaşma var idi, lakin bu razılaşmaya Hadrutun alınması və Araz çayının keçilməsi, monitorinq mərkəzinin yaradılması daxil deyildi. Amma bu ona görə baş verdi ki, bu gün Rusiya Türkiyəyə qarşı çıxa bilməz”.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az