Erməni politoloq: "Azərbaycan və Rusiya məsələni "3+3" formatına keçirməyə çalışır"

Erməni politoloq: "Azərbaycan və Rusiya məsələni "3+3" formatına keçirməyə çalışır"<span class="qirmizi"></span>

 

"Azərbaycan və Rusiyanın Minsk qrupunu boykot etməsini məntiqli hesab edirəm". Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qurqen Simonyan deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya məsələni "3+3" formatına keçirməyə çalışır.

"Biz daim Minsk qrupunu canlandırmağa çalışırıq. Qarabağ məsələsinin Minsk qrupu formatından çıxması Azərbaycan üçün faydalıdır", - deyə Simonyan qeyd edib.

Rusiya-Ukrayna müharibəsinə toxunan erməni politoloq qeyd edib ki, Qərb Rusiyanı sona qədər məhv etməyi hədəfləyir.

"Rusiyanın sürətlə zəifləməsi Qərbin maraqlarına uyğun deyil. Onlar Rusiyada hərbi-siyasi seçimin formalaşmasına çalışacaqlar. Nüvə təhlükəsi həmişə qalacaq. ABŞ sərt tədbirlərə əl atmayacaq", - deyə o bildirib.

Simonyan əlavə edib ki, son Rusiya-Türkiyə inkişafları Ermənistana təsir edəcək.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az