Roma Papası Moskva və Kiyevə səfər etməyi düşünür

Roma Papası Moskva və Kiyevə səfər etməyi düşünür<span class="qirmizi"></span>

 

Papa Fransisk bu ay Kanadadan sonra Moskva və Kiyevə səfər edəcəyinə ümidvar olduğunu bildirib.

O, bu barədə “Reuters” agentliyinə müsahibəsində məlumat verib.

Papanın sözlərinə görə, dövlət katibi kardinal Pietro Parolin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvaya mümkün səfər barədə müzakirə aparıb. Agentliyin qeyd etdiyi kimi, əvvəllər heç bir Roma Papası Rusiya paytaxtına səfər etməyib və bundan əlavə, vəziyyəti Fransiskin Ukraynadakı müharibə ilə bağlı mövqeyi də mürəkkəbləşdirirdi. Bir neçə ay əvvəl Vatikan səfərin mümkünlüyü barədə məlumat almaq istədikdə Rusiyada Fransiskə hazırda belə bir səfər üçün “doğru zaman” olmadığını söyləmişdilər. Amma indi pontifik açıq şəkildə bildirib ki, Moskvanın mövqeyində nə isə dəyişə bilər.

“Mən (Ukraynaya) getmək istərdim, amma əvvəlcə Moskvaya səfər etmək istərdim. İndi Kanadadan qayıdandan sonra, bəlkə də, Ukraynaya gedə bilərəm. Amma etməli olduğum ilk şey hansısa şəkildə kömək etmək üçün Rusiyaya getməkdir, lakin hər iki paytaxtı ziyarət etmək istərdim”, - deyə o qeyd edib.

Mənbə: TASS

Mənbə: www.oxu.az