Kissincer sözlərini dandı: Elə söz deməmişəm

Münasibətlərin normallaşması üçün Ukrayna ərazilərinin Rusiyaya verilməsini deməmişəm.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın sabiq dövlət katibi, məşhur strateq Henri Kissincer deyib.

“Mən heç vaxt bu haqda danışmamışam. Dedim ki, atəşkəs üçün ən yaxşı ayırıcı xətt əvvəldən mövcud olan mövqedir”, - Kissincer bildirib.

Kissincerin sözlərinə görə, tərəflər arasında real atəşkəs əldə olunmazdan əvvəl Rusiya müharibədən əvvəl Kiyevə məxsus olan ərazinin 15%-ni Ukraynaya qaytarmalıdır.

Bununla yanaşı, diplomat Krım və Donbası mübahisəli ərazi adlandırıb.

Qeyd edək ki, bir neçə ay öncə Henri Kissincer Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi təklifini irəli sürmüşdü.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada müharibə başlayandan 1600-dən çox naməlum cəsəd tapılıb

SONRAKI XƏBƏR

Daha 41 nəfər peyvənd olundu