Erməni ekspert: "İlham Əliyev Rusiya və Türkiyənin demək istədiyini deyir"

Erməni ekspert: "İlham Əliyev Rusiya və Türkiyənin demək istədiyini deyir"<span class="qirmizi"></span>

 

"İlham Əliyev bizi ardıcıl olaraq müharibə ilə hədələyir". Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.

O qeyd edib ki, İlham Əliyev Rusiya və Türkiyənin demək istədiyini deyir.

"Erməni tərəfi sülh gündəliyi ilə bağlı başqa ifratların ağuşundadır. Azərbaycan müharibəyə hazırlaşmaq üçün vaxt qazanır. Bakı hərbi strukturlarını gücləndirmək üçün diplomatiyadan istifadə edir, bəs Ermənistan nə edir? Bəyannamələri rəhbər tutmaq lazım deyil, Ermənistan hərəkətə keçməlidir, gücləndiyini göstərməlidir, orduda islahatlar lazımdır, bizim suverenlik məsələmiz var", - deyə Arzumanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az