Rusiyanın bu şəhərinin adı dəyişdirilə bilər

"Ədalətli Rusiya – Həqiqət naminə" partiyasının rəhbəri Sergey Mironov müasir reallıqlara və məişət ənənələrinə uyğun olaraq Rusiyanın Kalininqrad vilayətinin adının dəyişdirilməsini təklif edib.

"Uniakl" xəbər verir ki, siyasətçi hesab edir ki, şəhərə Vladibaltiysk, Kalininqrad vilayətinə isə Baltikyanı ərazi adını vermək olar.

"Bu addan dərhal aydın olur ki, söhbət vətənimizin ucqar qərb sərhəddində, Sakit okeandan Baltikə qədər uzanan forpostdan gedir", - Dövlət Dumasının deputatı deyib.

Qeyd edək ki, 76 il əvvəl, 1946-cı il iyulun 4-də Köniqsberq vilayətinin adı dəyişdirilərək Kalininqrad adlandırılıb.

Ağarza Elçinoğlu

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

ATV və ARB rəhbərliyi Prezident Administrasiyasına ÇAĞIRILDI

SONRAKI XƏBƏR

DƏHŞƏTLİ QƏZA: Mikroavtobus aşdı - 27 nəfər yaralandı