Bakı Mühəndislik Universitetində dövlət imtahanı 10 min manatdır ?... -


Bakı Mühəndislik Universitetində dövlət imtahanı 10 min manatdır ?... - 77 yaşlı REKTOR Havar Məmmədova cinayət işi açıla bilər...
Bakı Mühəndislər universitetindən şikayətlər səngimək bilmir. Havar Məmmədovun rəhbərlik etdiyi Bakı Mühəndislik Universitetində rüşvət hallarının olması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Belə ki, sessiya imtahanlarının birinin qiyməti 500 manat, dövlət imtahanının qiyməti 8-10 min manat aralığında dəyişdiyi deyilir. Xatırladaq ki, Havar Məmmədov 2000-2016-cı illərdə, yəni 16 il Azərbaycan Texniki Universitetinin ( ATU ) rektoru olub. Rektor olduğu illərdə Texniki Universitetin adı hər zaman rüşvət və korrupsiyada hallanıb. Bu kimi hallar hər zaman tələbələrin ciddi etirazına səbəb olub. Xatırladaq ki, Havar Məmmədov 2016-cı ildən Bakı Mühəndislər Universitetinin rektorudur.
Onu da bildirək ki, Bakı Mühəndislər Universitetinin rektoru Havar Məmmədovun 77 yaşı var.
gundelik baki.com

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Yaxın 8 ildə süni intellekt əsaslı kibertəhlükəsizliyə investisiyalar 190 milyard dollara çatacaq

SONRAKI XƏBƏR

Vilayət Eyvazov Şirvanda 10 rayondan vətəndaş qəbulu keçirəcək