"Rusiyanın qəddarlığlı getdikcə güclənir, biz də öz yardımımızı gücləndirmək niyyətindəyik..."

"Rusiyanın qəddarlığlı getdikcə güclənir, biz də öz yardımımızı gücləndirmək niyyətindəyik..."

"2014-cü ildən bəri ABŞ Ukraynaya 8, 8 milyarddan çox yardım göstərib"

"Rusiya dünyada ən çox sanksiyalar altında olan ölkəyə çevrilərək, İranı, Suriyanı və Şimali Koreyanı geridə qoyub"

"ABŞ Ukraynanın qalib gəlməsi üçün bütün zəruri yardımın göstərilməsinə hazırdır"

ABŞ Ukraynaya hərbi yardımı gücləndirmək və ölkəyə lazım olduğu qədər dəstək vermək niyyətindədir.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan bəyan edib.

O, deyib ki, Ukrayna Silahlı Qüvvələrinin tələbatı dəyişir, Vaşinqton və Kiyev konkret məqamda ukraynalı hərbçilərə nə lazım olduğunu bilmək üçün "sıx təmasdadır".

"Biz bundan sonra da yardım etməyə hazırıq. Təəssüf ki, Rusiyanın qəddarlığı bitmək bilmir, əksinə, daha da güclənir. Biz də öz yardımımızı gücləndirmək niyyətindəyik", - Kalan əlavə edib.

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı təcavüzünü dayandırmaq üçün qətiyyətli ovqatdadır, o, davam edib.

"Bəli, prezident Co Bayden tez-tez və açıq şəkildə deyir ki, o da, ABŞ da Ukraynanın qalib gəlməsi üçün mümkün olan hər şeyi etməyə, bu müharibəyə son qoyulması, bir nəfərin-Putinin başlatdığı təcavüzlə effektiv mübarizə üçün lazım olan qədər yardım göstərməyə hazırdır", - Kalan vurğulayıb.

Daha sonra o, qeyd edib ki, hazırda başlıca məsələ Putinin Ukraynaya qarşı müharibəni maliyyələşdirməsi üçün ehtiyatlarının azaldılması məqsədilə hər şey etməkdir.

Qərb ölkələri Rusiyanın enerji ehtiyatlarının satışından əldə etdiyi gəlirlərinin, onun Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək imkanlarının azaldılması məqsədilə mümkün olan hər şeyi etməlidir.

"Biz bunu etməkdə davam edəcəyik. Müəssisələrə qarşı fərdi sanksiyalar tətbiq edəcəyik. Biz öz tərəfdaşlarımızla işləməkdə davam edirik. Çünki biz birlikdə işləyəndə, Rusiya tərəfdən belə dəhşətli təhlükə ilə daha effektli mübarizə apara bilərik", - o, əlavə edib.

Kontekst:

Rusiyanın Ukraynaya miqyaslı hərbi müdaxiləsindən sonra Qərb ölkələri ukraynalı hərbçilərə ölümsaçan silahlar və digər müdafiə məhsulunun tədarükünü artırıb

Bayden iyunun 30-da Madriddə NATO sammitinin yekunları üzrə deyib ki, fevralın 24-dən keçən müddət ərzində ABŞ Ukraynaya təxminən 7 milyard dollar həcmində hərbi yardım göstərib.

2014-cü ildən ABŞ Ukraynanın təhlükəsizliyi sahəsində 8, 8 milyarddan çox yardım edib.

Hərbi müdaxilə başlanandan Qərb Rusiyaya qarşı bir neçə sanksiyalar paketi qəbul edib.

Fevralın sonundan Rusiyaya 8, 4 mindən artıq məhdudiyyətlər qoyulub. Ümumilikdə, 2014-cü ildən bəri, Krımın ilhaqından və Donbasın bir hissəsinin işğalından sonra 11 mindən çox məhdudiyyətlər qoyulub.

Hazırda Rusiya dünyada ən çox sanksiyalar altında olan ölkəyə çevrilərək, İranı, Suriyanı və Şimali Koreyanı geridə qoyub.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Lukaşenko Mərkəzi Asiyada yeni müharibənin anonsunu verdi - dünyanı yenidən bölürlər…