Putin koronavirusdan necə qorunur? - 1,5 milyardlıq xidmət...

Putin koronavirusdan necə qorunur? - 1,5 milyardlıq xidmət...<span class="qirmizi"></span>

Rusiya prezidentinə xidmət edən hərbçilər və tibb işçiləri mütəmadi olaraq təcrid olunurlar. Yüzlərlə işçi “təmiz zonaya” - prezidentə xidmət göstərilən əraziyə daxil olmaq üçün gündə dörd dəfə PCR testindən keçir, onların gün ərzində iki dəfə koronavirusa qarşı anticisimləri yoxlanılır.

Modern.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti məlumat yayıb.

Məlumata görə, xidmət göstərən şəxslər, həmçinin qrip, qızıl stafilokok və digər infeksiyaları yoxlamaq üçün əlavə testlər verirlər.

Karantinə daxil olmaq üçün iki gün əvvəl qanda koronavirusa qarşı anticisimlər üçün analiz vermək lazımdır. Karantində olarkən 12 gün ərzində gündə dörd dəfə PCR, on ikinci gündə isə qanda antikor testi aparılmalıdır.

Əgər yoxlanılan şəxsdə antikor yoxdursa, 14 gün təcrid olunduqdan sonra “təmiz zonaya”, yəni prezidentin ərazisinə buraxılır.

Kreml strukturları prosesə təxminən 1,5 milyard rubl xərcləyib.

Mənbə: moderator.az