Putinin təcavüzü Ukraynadan kənara çıxa bilər - Conson

Putinin təcavüzü Ukraynadan kənara çıxa bilər - <span class="qirmizi">Conson</span>

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, işğalçı ölkənin prezidenti Vladimir Putinin fəaliyyəti dayandırılmalıdır.

"Unikal" “The Guardian”-a istinadən xəbər verir ki, o, bu barədə Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Conson deyib ki, Britaniya Ukraynanın qalib gəlməsi üçün müttəfiqlərə qoşulmalıdır:

"Əgər Putin Ukraynada dayandırılmasa, o, revanşist hücumları üçün yeni hədəflər tapacaq. Biz hansısa mücərrəd idealı yox, sülhsevər dünyanın birinci prinsipini müdafiə edirik. Odur ki, böyük və güclü ölkələrin parçalanmasına yol verə bilmərik".

Ramil Zeynallı

Mənbə: www.unikal.org