Rusiya vətəndaşlarını gizli müharibəyə hazırlayır

Rusiya vətəndaşlarını gizli müharibəyə hazırlayır<span class="qirmizi"></span>

Rusiya öz vətəndaşlarını uzun sürən müharibəyə və gizli müharibə rejiminə hazırlayır.

Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin zabiti, hərbi analitik Yiqal Levin deyib.

O, ukraynalıları bunun illərlə, uzun müddət davam edəcək müharibə olduğuna psixoloji baxımdan hazırlaşmağa çağırıb:

“Biz bilirik ki, belə müharibələr illərlə davam edə bilər. Əfqanıstanda müharibənin 20 yaşı var idi. Ona görə də Ukraynada bunun 10 il də davam etməsi tamamilə mümkündür”.

Analitik onu da bildirib ki, Ukraynanın qələbəsi təkcə Qərbin silahları ilə deyil, onların tətbiqi ilə də yaxınlaşacaq. Bunun üçün kəşfiyyat mükəmməl işləməlidir ki, bu da düşmənin anbarlarını və qərargahını uğurla vurmağa imkan verəcək.

Mənbə: axar.az