Boris Conson Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib

Böyük Britaniyanın Baş naziri Boris Conson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna məsələsində göstərdiyi səylərə görə təşəkkür edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, parlamentdə çıxış edən Baş nazir qeyd edib ki, mövcud vəziyyətin həllində Türkiyənin rolu mühümdür və bu ölkə mümkün olan hər şeyi edir.

"Britaniya minalardan təmizləmə imkanları, eləcə də taxıl ixracında gəmilər üçün sığorta imkanları təklif edirik", - Conson deyib.

Onun sözlərinə görə, Bosfor boğazından istifadə etmək mümkün deyilsə, Ukraynadan taxıl ixracının alternativ yollarını araşdırmaq lazımdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ŞARL MİŞEL İLHAM ƏLİYEVƏ ZƏNG EDİB... - "Brüssel şübhələnir ki, Rusiya..." YENİLƏNİB

SONRAKI XƏBƏR

Azərbaycanın qalib yeniyetmə və gənc kikboksçularının adları bilinib - FOTO