Roqozin NATO-nun ünvanına nüvə hədəsi göndərib

Roqozin NATO-nun ünvanına nüvə hədəsi göndərib<span class="qirmizi"></span>

Sammitə bir neçə gün qalmış “Roskosmos”un başçısı Dmitri Roqozin Alyansa daxil olmaları səbəbilə, İsveçin və Finlandiyanın ünvanına nüvə təhdidi yağdırıb. Sonra isə “Roskosmos” xəbər dərc edib və xəbərdə dünyanın digər ölkələrini hədələyib və hətta başlıca strateji obyektlərin: NATO mənzil-qərargahının, Ağ Evin, Pentaqonun və s. koordinatlarını dərc edib.

Bu barədə “Freedom” layihəsinin süjetində söhbət açılır.

Bu, Rusiya siyasi və media rəhbərlərinin heç də ilk hədəsi deyil. Hər şey Putinin özündən baylayıb - o, açıq şəkildə mümkün nüvə zərbəsi barədə bəyan edib. Prezidentin ardınca, nüvə zərbəsi ilə təbliğatçılar və «satın alınmış» blogerlər çıxış etməyə başlayıblar. Görünür, Roqozin qərara gəlib ki, NATO onun növbəti nüvə təhdidindən qorxacaq və sammit keçirməkdən imtina edəcək.

Amma Qərb ölkələrinin nümayəndələri Roqozinin bu bəyanatına reaksiya verməyiblər. «NATO neyləməliydi ki? Bu «uşaqların» hədəsinə hədə ilə cavab verməli və onların səviyyəsinə enməli idi?» - rusiyalı siyasi xadim İlya Ponomaryov deyib.

AzPolitika.info

Mənbə: azpolitika.info