Ukrayna partizanları satqınlar şəbəkəsini aşkarladı

Ukrayna partizanları satqınlar şəbəkəsini aşkarladı<span class="qirmizi"></span>

Ukrayna partizanları işğal altına olan Xerson vilayətində kuratorları ilə birgə satqınlar şəbəkəsini aşkar ediblər.

Axar.az xəbər verir ki, bu barədə Xersonun deputatı Sergey Xlan sosial şəbəkədə məlumat paylaşıb.

Söhbət “Berkut-Cənub” qruplaşmasından və onların rusiyalı komendantlarından gedir.

“Yerli satqınlar ruslara vacib informasiyalar çatdırır – müdafiə ordusunun iştirakçıları, fəallar və s. ilə bağlı. Bu informatorlar artıq ifşa olunub. Hər bir xaini görürük, müqavimət hərəkatı bütün vilayətə yayılır. Cacab vermək vaxtı yaxındadır”, - o yazıb.

Qeyd edək ki, bundan öncə Xersonda xain xalq deputatı Aleksey Kovalyevin maşını partladılıb.

Mənbə: axar.az