Patruşev: "Qərbin yardımlarına baxmayaraq Ukrayanda hədəfə çatacağıq"

“ABŞ və Qərbin Ukraynaya hərbi yardım etməsinə, Pilotsuz Uçuş Aparatlarının tədarükünü artırmasına baxmayaraq qarşıya qoyulan hədəfə çatılacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Xabarovskda Uzaq Şərq Federal Dairəsində ölkəsinin milli təhlükəsizlik məsələlərinə həsr edilən müşavirədəki çıxışında bildirib.

O, Ukraynanı "neonasistlərin soyqırımı"ndan müdafiə etdiklərini iddia edib: “Ukraynada neonasizmin yayılmasının, ABŞ-ın Ukrayna ərazisində biolaboratoriyasının, hərbi-bioloji proqramının fəaliyyətinin qarşısını almaq məqsədi ilə hərbi əməliyyat keçirməyə məcbur idik”.

Qeyd edək ki, Nikolay Patruşev 1999-cu il avqustun 9-dan 2008-ci il mayın 12-dək Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru işləyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb

SONRAKI XƏBƏR

Polislərlə idman jurnalistləri arasında Dostluiq Kuboku matçı keçirilib