Xalq əziyyət çəkir, sərhədlər açılmalıdır - Cavanşir Paşazadə hökumətə çağırış etdi

“Sərhədlər açılmırsa, hökumətin icra strukturlarından bununla bağlı xalqa izah verməlidir”.

Bu sözləri millət vəkili Cavanşir Paşazadə Bakupost.az -a açıqlamasında deyib.

Millət vəkili quru sərhədlərin bağlı olmasının ciddi problemlər yaratdığını söyləyib:

“Sərhədlərin tezliklə açılmasının tərəfdarıyam. İnsanlar yay mövsümündə büdcələri az olsa da, qonşu ölkələrdə istirahət etmək istəyirlər. Yaxud, həmin ölkələrdə qohumları varsa, ora gediş-gəliş edirlər. Məsələn, Gürcüstanda, Türkiyədə həmyerlilərimizin sayı çoxdur. Bu kimi məsələlərə görə insanlar quru sərhədlərin açılmasını istəyir. Ona görə də sərhədlər tezliklə açılmalıdır. Açılmırsa, hökumətin icra strukturlarından biri bununla bağlı xalqa açıqlama verməlidir”.

Millət vəkili Türkiyədən Azərbaycana gələ bilməyən tələbələrin acınacaqlı durumundan da bəhs edib:

“Artıq Türkiyə və Naxçıvan arasındakı quru sərhədlər də bağlanıb. Bizim Türkiyədə tələbələrimiz var. Orada az büdcə ilə yaşayırlar. Türkiyədən daxili uçuşlarla, quru sərhədlərlə Naxçıvana gəlmələri çox əlverişli idi. Artıq onlar bu imkandan da əllərini üzüb, yardım istəyirlər. Bu yaxınlarda məsələnin öz həllini tapacağına əminəm. Onların vətənə qayıtması üçün şərait yaranmalıdır”.

Millət vəkili quru sərhədlərin hansı səbəbdən bağlı olmasıyla bağlı sualı belə cavablandırıb:

“Sərhədlərin bağlanması xəstəlikə bağlıdırsa, sərhədlərdə nəzarət gücləndirilməlidir. Sərhəd bölgələrində böyük xəstəxanalar tikilməlidir. Əgər siyasi məsələ ilə bağlıdırsa, yenə də müəyyən addımlar atılmalıdır. Əminəm ki, hökumət xalqının əziyyət çəkməsini istəməz”.

Bakipost.az

ƏVVƏLKİ XƏBƏR

Rusların mühüm uğuru – Britaniya kəşfiyyatı

SONRAKI XƏBƏR

ÖLKƏDƏ “ATMADIĞI” ADAM QALMAYIB... – Xaliq Məmmədov ölkədən niyə qaçmışdı və daha kimləri öz toruna salıb?...