Ermənistan XİN başçısı İspaniyaya səfər edəcək

Ermənistan XİN başçısı İspaniyaya səfər edəcək<span class="qirmizi"></span>

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İspaniyaya işgüzar səfər edəcək. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi "Twitter"də bildirib.

Onun sözlərinə görə, 5-7 iyul tarixlərində davam edəcək səfər çərçivəsində Ermənistan XİN başçısı İspaniya Konqresinin prezidenti, xarici işlər naziri və Dünya Turizm Təşkilatın prezidenti ilə görüşlər keçirəcək.

 

 

Mənbə: ordu.az