Rusiya gəmiləri “Kalibr”ləri atışa hazırlayır

Hazırda Qara dənizin şimal-qərb hissəsində nə qədər Rusiya gəmisinin tam döyüş hazırlığında olduğu məlum olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Pivden” operativ komandanlığı məlumat yayıb.

“Bunlar “Kalibr” raketlərinin üç yerüstü və iki sualtı daşıyıcısıdır. 30-dan çox raket istifadəyə hazırdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ukraynanın Zmeyni adasına nəzarəti rusların aviasiyasını aktivləşdirir:

“Odessa və Nikolayev bölgəsinə raket zərbələri təhlükəsi olduqca böyükdür. Ruslar paralel olaraq, bütün şəhərdə, Odessa məktəblərində möhkəmləndirilmiş atəş nöqtələrinin təchiz olunduğu, ağır texnika və artilleriya qurğularının təhsil müəssisələrinin ərazisində yerləşdiyi barədə təbliğat-təşviqat yayır. Bir qayda olaraq, işğalçı qoşunlar sosial infrastruktura hücumlarına sonradan haqq qazandırmaq üçün vaxtaşırı belə saxtakarlıqlar həyata keçirirlər”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Pandemiyanın yeni dalğası ilə bağlı bədbin proqnoz - Vəziyyət hər an dəyişə bilər

SONRAKI XƏBƏR

Azərbaycanda qayınanası və qayınatasını öldürən şəxsin ETİRAFLARI - VİDEO