“Qərb Ukraynaya kütləvi qırğın silahlarının tədarükünü artırıb” - Nikolay Patruşev

“Qərb Ukraynaya kütləvi qırğın silahlarının tədarükünü artırıb”  - Nikolay Patruşev<span class="qirmizi"></span>

Qərbin Kiyevə silah tədarük etməsinə baxmayaraq Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olunacaq.

Publika.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Xabarovskda milli təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda çıxışı zamanı deyib.

“Xüsusi əməliyyatın məqsədləri Ukrayna ərazisini demilitarizasiya və denasifikasiya etmək, onun bitərəf statusuna nail olmaqdır ki, bu da Konstitusiyada əksini tapmalıdır. ABŞ və Qərbin Ukraynaya hərbi yardım göstərməsinə, kütləvi qırğın silahlarının tədarükünün artmasına baxmayaraq, bu məqsədlərə nail olunacaq”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.

 

Səxavət

Mənbə: publika.az