ABŞ konqresmenlərinin Ermənistan səfəri təxirə salınıb

ABŞ konqresmenlərinin Ermənistan səfəri təxirə salınıb<span class="qirmizi"></span>

 

ABŞ konqresmenlərinin Ermənistana səfəri iyunun sonunda baş tutmalı idi. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, konqresmenlər həm Ermənistan parlamentinin sədri, həm də parlamentin üç fraksiyasının rəhbərləri ilə görüşlər planlaşdırırdılar.

“Görüşün əsas məqsədi konqresmenlərlə görüşlərin qrafiki və prosedurunun müzakirəsi olmuşdu. Müxalifət nümayəndələri görüşə razılıq vermişdilər və Artur Vanetsyan görüşün hakim fraksiyadan ayrı şəkildə təşkil edilməli olduğunu vurğulamışdı. Lakin iyunun 30-u keçdi və konqresmenlər Ermənistana gəlmədilər. Məlum olur ki, konqresmenlərin səfəri təxirə salınıb. Parlamentin mətbuat katibi Tsovinar Xaçatryan bizə səbəbin COVİD-19 olduğunu söylədi. Üstəlik, əvvəlcə 5 nəfərlə gəlmələri qərara alınıb, sonra nümayəndə heyətinin sayı 17-yə yüksəlib, lakin sonda Ermənistana gələ bilməyəcəklərini bildiriblər. “Bizə bildirdilər ki, səfər təyyarənin şəxsi heyətinin xəstəliyi ilə əlaqədar təxirə salınıb. Ancaq pilot da daxil olmaqla, kimlərin koronavirusa yoluxduğunu dəqiqləşdirməyiblər”, - parlamentin sözçüsü bildirib. O həmçinin qeyd edib ki, iyunun 30-da konqresmenlər parlamentin sədrinə görüş xahişi ilə müraciət ediblər, lakin görüş baş tutmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az