Rusiyanın Ermənistandakı səfirliyi Kanadanın İrəvanda səfirliyinin açılmasına sərt reaksiya verib

Rusiyanın Ermənistandakı səfirliyi Kanadanın İrəvanda səfirliyinin açılmasına sərt reaksiya verib<span class="qirmizi"></span>

Rusiya Federasiyasının Ermənistandakı səfirliyi Kanadanın Ermənistanda səfirliyinin açılması ilə bağlı açıqlamaya münasibət bildirib. Ordu.az xəbər verir ki, verilən açıqlama Rusiya səfirliyinin “Facebook” səhifəsində yerləşdirilib.

“Kanadanın Ermənistanda səfirliyinin açılması ilə bağlı mətbuatda gedən xəbərə diqqət yetirdik. Hər şey yaxşı olardı, amma təəccüblüdür ki, bu addım, mediaya görə, Kanada Xarici İşlər Nazirliyi tərəfindən vicdanla, o cümlədən “Rusiya təsirinə qarşı mübarizə” kontekstində təqdim edilib. Dövlətə qarşı bu cür açıq-aydın təkəbbürlü və nifrətli münasibət təəccüb doğurur. İstər-istəməz fikirləşirsən ki, belə bir xətt erməni xalqının rifahına, təhlükəsizliyinə necə təsir edəcək. Bu süjet özünü “qızıl milyardlar” sırasına daxil edən həmin dövlətlərin hakim dairələrinin dünyanın qalan hissəsini qavramasının göstəricisidir. Müasir dünyada baş verən bir çox faciəli hadisələrin əsasında başqa ölkələrə və xalqlara qarşı bu təkəbbürlü münasibət dayanır”, - deyə açıqlamada bildirib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az