İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalandı

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya üzvlüyü barədə protokollar imzalanıb.

Trend-in məlumatına görə, sənədləri NATO-nun Brüsseldəki mənzil-qərargahında Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, İsveçin xarici işlər naziri Ann Linde və alyansın 30 üzv ölkəsinin səfirləri imzalayıb.

Qeyd olunur ki, NATO-nun bütün üzv dövlətləri həmin sənədləri ratifikasiya edəndən sonra hər iki ölkə alyansa üzv ola biləcək.

Xatırladaq ki, hər iki ölkə ötən həftə NATO sammitində rəsmi şəkildə alyansa dəvət olunub. Türkiyə uzun müddət bu addıma qarşı çıxsa da, müəyyən şərtlər qarşılığında İsveç və Finlandiyanın üzvlüyünə razılıq verib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Diaspor nümayəndələri Fəxri Xiyabanda - VİDEO

SONRAKI XƏBƏR

Kür çayından ölkəyə daxil olan su - 27 FAİZ AZALIB