Gürcü müxalifəti nə istəyir? - Quram Marxuliyadan İLGİNÇ AÇIQLAMA

 

“Milli hərəkat güc axtarır. Başqa heç nə”

Bu sözləri Bizim.Media-ya Gürcüstanda baş verən mitinqlərlə bağlı verdiyi açıqlamada Gürcüstanda yaşayan siyasi ekspert Quram Marxuliya söyləyib.

Gürcü ekspertin sözlərinə görə Gürcüstanda baş verən etirazlar milli hərəkatın iqtidarla uzun müddətdir davam edən ədavətinin nəticəsidir.


“Bu mənada deyə bilərəm ki, gürcü milli hərəkatı güc axtarır. Çünki uzun müddətdir iqtidarla müxalifət arasında baş verən anlaşılmazlıqlardan sonra Gürcüstanın Avropa İttifaqına qəbul olunmaması müxalifət mitinqlərini yenidən alovlandırdı”

Ekspert həmçinin vurğulayıb ki, mitinqlərdə iştirak edən kütlə mahiyyət etibarı ilə uzun illərdir hakimiyyətə müxalif mövqedə dayanan insanlardan ibarətdir.

“Hakimiyyətin Qərb və Rusiya ilə münasibətlərdə balanslı mövqe sərgiləməsi Gürcüstanı regionda gərginləşməyə doğru gedən münaqişələrdən uzaq tutur. Cənubi Qafqaza nəzər salanda burada uzun illər boyunca davam edən münaqişələr görə bilərik.

Regionda sabitliyin təmin olunması baxımından Gürcüstan son illərdə bir çox səylər göstərib. Gürcüstan dövlət səviyyəsində Avropa İttifaqına üzv olmaqda maraqlıdır və bunun üçün son illər ərzində xeyli addımlar atıb. Müxalifət isə sanki son baş verənlərdən öz xeyrinə yararlanaraq anti-Rusiya çağırışları etməklə meydanlardakı kütləni genişləndirmək istəyir”.

Leyla Şah, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Vasifin jestini Şəbnəm yerə vurdu: "Onunla barışmamışam" - VİDEO

SONRAKI XƏBƏR

Çin Rusiyaya niyə kömək etmir...