Ukrayna uğrunda həlledici döyüş cənubda olacaq

Ukrayna uğrunda həlledici döyüş Rusiyanın zərbə endirdiyi şərqdə deyil, Kiyevin əraziləri geri almaq üçün əks-hücuma keçdiyi cənubda baş verəcək.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Sülh Araşdırmaları İnstitunun direktoru Nil Melvin deyib.

"Ukraynalılar Xerson ətrafında irəliləyirlər. Orada əks-hücumlar başlayır. Məncə, Ukrayna rusları geri çəkmək üçün sürətli genişmiqyaslı əks-hücum keçirəcək. Luqansk vilayətində Rusiyanın “taktiki qələbəsi” Kreml qoşunlarına az strateji fayda gətirib. Amma əsas döyüş hələ qabaqdadır. Düşünürəm ki, bu, Rusiya üçün taktiki qələbədir, lakin onlara baha başa gəldi. Məncə, ruslar bir növ qələbəyə iddialı ola bilər, amma əsas hərbi döyüş hələ qabaqdadır”, - o bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ Rusiyanı "təcavüzkar" kimi tanıyacaq: "Nəticələri olduqca ağır olacaq"

SONRAKI XƏBƏR

İşğaldan azad edilmiş kənddə yanğın olub