Ermənistan prezidentinə qarşı xiyarla aksiya keçirilib - FOTO+VİDEO

Ermənistan prezidentinə qarşı xiyarla aksiya keçirilib -  FOTO+VİDEO<span class="qirmizi"></span>

 

Ermənistan müxalifətinin “Müqavimət” hərəkatının nümayəndələri prezident iqamətgahı qarşısında etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, etirazçılar iqamətgahın qarşısına xiyar qoyublar. İrəvanda aksiya: "Bizi unutdurur, "qaçqın" statusu vermək istəmirlər" - Baxmayaraq ki, prezident Konstitusiyanın qorunması ilə məşğul olmalıdır, o, Ermənistanda bostan-tərəvəz təmsilçisidir, heç bir iş görmür və yalnız bir nəfərin göstərişinə əməl edir. Biz onun fəaliyyətsizliyinin simvolu olaraq bu tərəvəzi ona gətirmişik. Bu jestimizdə hər hansı şəxsi təhqir yoxdur, - aksiya iştirakçıları jurnalistlərə açıqlamalarında deyiblər.

Etirazçılar parlamentə də gedib və orada həbs olunan fəalların fotoşəkilləri ilə kiçik mitinq keçiriblər.

Deputat Tadevos Avetisyan qeyd edib ki, ölkədə qanunun aliliyi yoxdur, Konstitusiya və Konstitusiya Məhkəməsi baş nazirin, onun komandasının maraqlarına xidmət edir.

- Ermənistanda parlament sistemi yoxdur. Bizdə diktatura var. Hakimiyyət isə vətəndaşlardan onların səslərini oğurlayıb, - deputat qeyd edib.




Tural Tağıyev
 

 

Mənbə: azvision.az