ABŞ Rusiyanı "təcavüzkar" kimi tanıyacaq: "Nəticələri olduqca ağır olacaq"

ABŞ Rusiyanı "təcavüzkar" kimi tanıyacaq: "Nəticələri olduqca ağır olacaq"<span class="qirmizi"></span>

ABŞ Rusiyanı təcavüzkar dövlət kimi tanıya bilər.

Bu isə terrorçu ilə əməkdaşlıq edəcək bütün dövlətlərə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər. Eyni zamanda bu Rusiyaya qarşı iddia imkanlarını genişləndirə bilər.

Bizimyol.info Ukratna mətbuatına istinadla xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

"ABŞ hazırda Suriya, İran, Şimali Koreya və Kuba hökumətlərini beynəlxalq terror aktlarının sponsoru kimi tanıyır”,- bu barədə Konqresin Tədqiqat Xidməti (CRS) bildirir.

CRS qeyd edir ki, dövlət katibi "beynəlxalq terrorizm aktlarını dəfələrlə dəstəkləyən dövləti müəyyən etmək və bu ölkəyə yardım və ya ticarəti azaltmaq” səlahiyyətinə malikdir.

Monterey Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Ceyson M. Blazakisin fikrincə, bunun nəticələri olduqca ağır olacaq.

“Belə ki, bu Rusiyaya daxil ola bilməyən avadanlıq növlərini artıracaq. İkili ixrac məhdudiyyətləri Terrorizmin Dövlət Sponsoru (SST)rejiminin əsas aspektidir”,- deyə ekspert qeyd edir.

Bununla yanaşı Rusiyanın terrorizmin dövlət himayədarı rejiminə qoşulması Rusiya ilə hər hansı mübadiləyə, xüsusən də müdafiə ilə bağlı mübadiləyə davam edən hər bir hökumət üçün təsirli olacaq.

SST siyahısına daxil edilmə, belə mübadilələrdə iştirak edən ölkələr üçün ikinci dərəcəli təsirlərə malik olacaq.

Beynəlxalq hüquqşünas Çarlz H. Kempin fikrincə isə, Rusiya terrorizmin dövlət himayədarı kimi tanınsa, bu, əcnəbilərin Rusiyanı ABŞ məhkəmələrində məhkəməyə vermək imkanlarını xeyli artıracaq.

Xatırladaq ki, bir müddət əvvəl ən böyük maliyyə nəşri Bloomberg ABŞ və onun müttəfiqlərini Rusiyadan enerji resursları almaqdan imtina etməyə çağıran müraciət dərc etmişdi.

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info