Rusiya Türkiyənin mesajından sonra hərəkətə keçdi - Bölgəyə hərbi qüvvə göndərdi

 

Rusiya Suriyanın Haseke vilayətinin YPG/PKK terror təşkilatının işğalı altında olan Qamışlı rayonundakı hava limanına hərbi yük göndərib.

Teleqraf.com xəbər verir ki, “İlyuşin İl-76” tipli iki hərbi yük təyyarəsinin səhər saatlarında hava limanına endiyi bildirilib.

Xmeymim hərbi hava bazasından qalxan təyyarələrdə hərbi texnikalarla yanaşı, təxminən 300 hərbçinin olduğu deyilib. Bunan başqa, hərbi yükə “Pantsir-S1” qısa və orta mənzilli hava hücumundan müdafiə sisteminin daxil edildiyi də qeyd olunub.

Rusiya bundan əvvəl iyunun 8-də Türkiyə ordusunun “Sülh çeşməsi” əməliyyat zonasının cənub-şərqində yerləşən Təl-Təmirdəki bazaya 2 tank, radar sistemi, “Doçka” tipli zenit və 8 personal daşıyıcı göndərmişdi.

Son həftələrdə Ayn İsa, Təl-Təmir, Mənbiç, Aynül Ərəb və Qamışlıda rus hərbi qüvvələrinin sayında artım qeydə alınıb.

Rusiyanın bölgədəki fəallığının Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatı keçirəcəyi siqnalından sonra başlaması da diqqət çəkib.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Türkiyə-Ermənistan danışıqlarında Azərbaycanla bağlı məsələlər müzakirə olunmur - Rubenyan

SONRAKI XƏBƏR

Bakıda avtobus "MMX" dirəyinə çırpıldı - VİDEO