Türkiyə-Ermənistan danışıqlarında Azərbaycanla bağlı məsələlər müzakirə olunmur - Rubenyan

Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərindən ayrı müzakirə olunmasını nə qədər doğrudur?..

Siyasi-şərhçi: “Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubenyanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasında Azərbaycanla bağlı məsələlərin müzakirə olunmadığını deməsi erməni mövqeyidir”.

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanat verdi ki, Ermənistanla atılan hər bir addım bundan sonra da Azərbaycan tərəfi ilə müzakirə olunacaq”.

Bu sözləri siyasi-şərhçi Tofiq Zülfüqarlı Türkiyə ilə münasibətlərin normallaşması üçün Ermənistanın xüsusi nümayəndəsi Rubaen Rubenyanın son fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə ilə münasibətlərin normallaşması üçün Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubenyan bildirib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasında Azərbaycanla bağlı məsələlər müzakirə olunmur. Ermənistanın xüsusi nümayəndəsi bildirib ki, Azərbaycan-Ermənistan münasibətləri Türkiyə-Ermənistan münasibətlərindən ayrı tutulur.

Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərindən ayrı müzakirə olunmasını nə qədər doğrudur və bu, indiyə qədər sarsılmaz ittifaq nümayiş etdirən Ankara və Bakının maraqlarına nə qədər uyğundur?

Azərbaycan və Türkiyə münasibətlərini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Tofiq Zülfüqarlı ilə müzakirə edib.

Tofiq Zülfüqarlı: “Ermənistan onsuz da həmişə Azərbaycanın və Türkiyənin münasibətlərinin pozulması üçün hər çür yola əl atıblar. Amma Ankara və Bakının birliyi bütün erməni təxribatlarına qalib gəlib”.

Azərbaycan və Türkiyə münasibətlərinin koordinasiya şəklində davam edəcəyini vurğulayan siyasi-ekspert PİA.az-a bildirib ki, Ermənistanla Türkiyə sərhədlərinin açılmasında Ermənistanın Azərbaycan haqqında dediklərində narahatçılıq üçün heç bir əsas yoxdur:

“Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubenyanın Türkiyə-Ermənistan sərhədlərinin açılmasında Azərbaycanla bağlı məsələlərin müzakirə olunmadığını deməsi erməni mövqeyidir. Ermənistan onsuz da həmişə Azərbaycanın və Türkiyənin münasibətlərinin pozulması üçün hər çür yola əl atıblar. Amma Ankara və Bakının birliyi bütün erməni təxribatlarına qalib gəlib. Bu təxribatlarda uduzan tərəf də həmişə Ermənistan olub. İndi də Türkiyə-Ermənistan sərhədlərinin açılmasında Azərbaycan məsələsinin müzakirə edilməməsi təxribatlarından da Ermənistanın özü ziyana düşəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanat verdi ki, Ermənistanla atılan hər bir addım bundan sonra da Azərbaycan tərəfi ilə müzakirə olunacaq. Yəni Azərbaycan və Türkiyə münasibətləri koordinasiya şəklində davam edəcək. Buna görə də düşünürəm ki, Ermənistanla Türkiyə sərhədlərinin açılmasında Ermənistanın Azərbaycan haqqında dediklərində narahatçılıq üçün heç bir əsas yoxdur. Əsas odur ki, Türkiyə-Azərbaycan münasibətləri heç bir halda heç bir ölkəyə görə problemli olmaz”.

Nərminə UMUDLU
pia.az

Pia.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da hər ay bir nəfər iynə ilə öldürüləcək: ŞOK QƏRAR

SONRAKI XƏBƏR

Rusiya Türkiyənin mesajından sonra hərəkətə keçdi - Bölgəyə hərbi qüvvə göndərdi