Bu vəzifə Britaniya kraliçası II Elizabetdən ALINDI - Artıq o icra edəcək...

Kraliça II Elizabetin vəzifə təlimatında dəyişikliklər edilib.

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı Bukingem sarayının hazırladığı bəyannamədə bildirilib.

Bəyannaməyə görə, kraliça artıq kanstitusion mərasim hesab olunan Britaniya Parlamentinin açılışına qatılmayacaq. Kraliça Elizabet 59 ildən sonra ilk dəfə bu il parlamentin yeni qanunvericilik ilinin açılışında iştirak etməyib. Epizodik hərəkətlilik problemləri olan kraliçanın həkimləri ilə məsləhətləşərək bu qərarı verdiyi bildirilib.

Kraliçanın dövlət və millət başçısı kimi vəzifələri davam edir.

II Elizabetin dövlət başçısı kimi 13 əsas vəzifəsi var.

Yenilənmiş vəzifə təlimatına görə, onun parlament və diplomatik səlahiyyətləri davam edir. Lakin kral ailəsinin digər üzvləri kraliçanın adından bəzi vəzifələri öz üzərinə götürə bilər

Kraliçanın alınan vəzifəsi isə gələcəkdə Britaniya kralı olacağı planlaşdırılan şahzadə Çarlza təhvil veriləcək.

Qeyd edək ki, Kraliça II Elizabet dünya tarixində ən uzun müddət hakimiyyətdə olan ikinci monarxdır.

O, 2016-cı ildə vəfat edən Tayland kralı Bhumibol Adulyadeji vəzifə ilinə görə, geridə qoyaraq bu ünvana sahib olub. Tarixin ən uzun hökm sürən monarxı isə 72 il 110 günlə Fransa kralı XIV Lüdovikdir.

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Fərəc Quliyev: AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil

SONRAKI XƏBƏR

Dollar 70 rubla kimi bahalaşa bilər