Bu ölkə İsveç və Finlandiya ilə bağlı qanunu təsdiqlədi

Bu ölkə İsveç və Finlandiya ilə bağlı qanunu təsdiqlədi<span class="qirmizi"></span>

Kanada Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında qanunu ratifikasiya edib.

Axar.az xəbər verir ki, bunu Kanada Baş naziri Castin Trudo deyib.

“Kanada bu gün Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını ratifikasiya edən ilk ölkə oldu, yaxın dost və təhlükəsizlik partnyoru kimi Kanada onların NATO-ya qoşulmasını qətiyyətlə dəstəkləyir. Onların üzvlüyü NATO-nu daha da gücləndirəcək”, - Trudo qeyd edib.

Bundan əlavə, Danimarka da hər iki ölkənin NATO-ya qoşulması ilə bağlı qanunu təsdiqləyib.

Mənbə: axar.az