"Daha aqressiv Rusiyaya və FETÖ-yə qarşı birlikdə mübarizə aparmalıyıq" - Stoltenberq

"Daha aqressiv Rusiyaya və FETÖ-yə qarşı birlikdə mübarizə aparmalıyıq" - Stoltenberq<span class="qirmizi"></span>

NATO-nun baş katibi Stoltenberq İsveç və Finlandiyanın NATO-ya daxil olması mərasimində Türkiyəyə təşəkkür edib. İmzalanan memorandumun NATO-ya fayda verəcəyini vurğulayan Stoltenberq çağırışında "Həm daha aqressiv Rusiyaya, həm də FETÖ terroruna qarşı birlikdə mübarizə aparmalıyıq" deyib.

"Unikal" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq, İsveç Xarici işlər naziri Anne Linde və Finlandiya Xarici işlər naziri Pekka Haavisto iki ölkənin Alyansa qəbul protokollarının imzalanması mərasimindən sonra birgə mətbuat konfransı keçirib.

Stoltenberq bildirib ki, iki ölkə bu gündən etibarən NATO-nun işində “dəvət olunmuş” statusda iştirak edəcək. Türkiyəyə Finlandiya və İsveçə konstruktiv münasibətinə görə təşəkkür edən Stoltenberq, Madriddəki Zirvə toplantısındakı üçlü memorandum bu günün memarıdır.

Terrorla mübarizənin NATO-nun gündəminin başında olduğunu bildirən Stoltenberq, "Üçlü memorandum terrorla mübarizədə əməkdaşlığın sürətləndirilməsi üçün yaxşı bir platforma təqdim edir"- deyə bildirib.

Deportasiya və ekstradisiya məsələlərinə toxunan Stoltenberq bu məsələnin də daxil edilməsi ilə bağlı memorandumu alqışladığını və üç ölkənin bu məsələdə əməkdaşlıq etməsinin bütün NATO üçün faydalı olacağını qeyd edib.

Stoltenberq onu da vurğulayıb ki, ağılları və ürəkləri qazanmağın ən yaxşı yolu daha aqressiv Rusiyaya və FETÖ terroruna qarşı qarşılaşdığımız bütün təhlükəsizlik təhdidlərinə qarşı birlikdə dayanmaqdır.

 

Mənbə: www.unikal.org