Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürə bilmədi

Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürə bilmədi<span class="qirmizi"></span>

Bu arada Moskva meri Sergey Sobyanin Qərbin Rusiyaya qarşı başlatdığı sanksiya müharibəsinin iqtisadiyyatın kəskin aşağı düşməsinə və sosial-iqtisadi sahədə gərginliyə səbəb olmadığğını bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“Bu gün biz artıq əmin ola bilərik ki, bütün cəbhələrdə bizə qarşı açılan sanksiyalar müharibəsi iqtisadiyyatın kəskin azalmasına, sosial-iqtisadi sahədə gərginliyə səbəb olmayıb".

Qeyd edək ki, Moskva meri bunu Rusiya iqtisadiyyatının sanksiyalar altında dayanıqlığının yaxşılaşdırılması üzrə Hökumət Komissiyasının rəyasət heyətində çıxışı zamanı bildirib.

Daha sonra paytaxt meri qeyd edib ki, regionların iqtisadiyyatı, makroiqtisadi göstəricilər Rusiyanın ayaqda qalmasından xəbər verir.

Ağasəf Babayev

Mənbə: sia.az