Böyük Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər

Böyük Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa veriblər<span class="qirmizi"></span>

Bakı. Trend:

Böyük Britaniyanın maliyyə və səhiyyə nazirləri Rişi Sunak və Sacid Cavid istefa veriblər.

Trend-inməlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

"Cəmiyyətin hökumətin düzgün, bacarıqlı və ciddi şəkildə idarəo lunmasını gözləmək hüququ var. Bilirəm ki, bu, mənim Nazirlər Kabinetindəki son vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər, ona görə də mən istefa verirəm", - deyə R.Sunak öz "Twitter" səhifəsində yazıb.

S.Cavid istefa verərək bildirib ki, ölkəyə “güclü və prinsipial Mühafizəkarlar Partiyası” lazımdır. O, artıq baş nazirə etibar etmədiyini də vurğulayıb.

İki nazirin istefası mühafizəkar parlamentari Kris Pinçer ilə bağlı qalmaqal fonunda baş verib.

Mənbə: az.trend.az