İran və Azərbaycan birgə layihələri icra etməkdədir – İranlı nazir

İran və Azərbaycan birgə layihələri icra etməkdədir – İranlı nazir<span class="qirmizi"></span>

İran və Azərbaycan su və elektrik sahələrində birgə layihələri icra etməkdədir.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıda Heydər Əliyev adına beynəlxalq aeroportda jurnalistlərə verdiyi açıqlamada deyib.

Ə.Mehrabianın sözlərinə görə, səfər çərçivəsində Xudafərin və Qız Qalası hidroqovşaqları və su elektrik stansiyaları haqda müzakirələr aparılacaq. Həmçinin iki ölkə arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.

 

 

Mehrabian əlavə edib ki, müxtəlif sahələrdə, o cümlədən bərpaolunan enerjilər, İran, Azərbaycan və Rusiyanın elektrikşəbəkəsinin birləşdirilməsi və digər maraq doğuran sahələrdədanışıqlar aparılacaq.

İranlı nazir deyib ki, İranın hazırkı hökumətininprioritetlərindən biri qonşu ölkələrlə əlaqələrin inkişafetdirilməsidir. Azərbaycan İranın yaxşı qonşularından biridir vəiki ölkə rəsmiləri arasında çoxlu sayda görüşlər iki tərəfinəməkdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək üçün ciddi iradəyəsahib olduğunu göstərir.

Mənbə: az.trend.az