Bu ölkə məcburi hərbi xidməti bərpa edir – SƏBƏB

Bu ölkə məcburi hərbi xidməti bərpa edir – SƏBƏB<span class="qirmizi"></span>

Ukrayna münaqişəsinə görə Latviyada məcburi hərbi xidmət bərpa edilə bilər.

Lent.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Artiks Pariks deyib.

Nazir bildirib ki, məcburi hərbi xidmət 2023-cü ildən bərpa ediləcək. Bununla paralel olaraq Rusiya sərhədinə yaxın Jekabpils şəhərində hərbi baza tikiləcək.

Qeyd edək ki, 2 milyon əhalisi olan Latviyada məcburi hərbi xidmət 2007-ci ildə ləğv edilib. Silahlı qüvvələr peşəkar hərbçilərdən və Milli Qvardiyadan ibarətdir. Həqiqi hərbi xidmətdə olan şəxslərin sayı 7500 nəfər, ölkədəki NATO əsgərlərinin sayı 1500 nəfərdir.

Mənbə: lent.az