Rusiyanın müdafiə naziri Putini aldadıb - Arestoviç Şoyqunu ifşa edir

Bundan əvvəl Şoyqu Putinə elan edib ki, Rusiya ordusu Luqansk vilayətini tamamilə ələ keçirib ki, bu, həqiqətə uyğun deyil.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ictimaiyyət qarşısında Prezident Putini aldadıb və bəyan edib ki, guya ordu Luqansk vilayətini ələ keçirib.

Ukrayna Prezident Ofisi başçısının müşaviri Aleksey Arestoviç Mark Feyginlə axşam efirinin gedişində buna diqqət yetirib.

«Ümumiyyətlə, Beloqorovka ələ keçirilməyib. Beloqorovka - Luqansk vilayətidir. Sual belədir: ümumiyyətlə, orada - Kremldə müdafiə nazirinin Prezidentə yalan deməsinə necə baxırlar?» - Arestoviç deyib.

«Başqa sözlə, açıq şəkildə yalan danışmaq olar, mən belə anladım» - o, ironiya ilə əlavə edib.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ"ın məğlubiyyəti - Video

SONRAKI XƏBƏR

Rusiya-Gürcüstan sərhədində kilometrlərlə tıxac yarandı - VİDEO