Ərdoğan: “Putin və Zelenskinin yanaşması çox önəmlidir”

 

İtaliyanın Baş naziri Mario Draqi Türkiyəyə rəsmi səfər edib.

Ankaradakı Prezident İqamətgahında hökumət başçısı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş olub.

Görüşdən sonra Türkiyə-İtaliya Üçüncü Hökumətlərarası Zirvə toplantısı keçirilib.

Toplantının ardından sənədlərin imzalanma mərasimi baş tutub. Mərasim zamanı Türkiyə ilə İtaliya arasında doqquz saziş imzalanıb.

Daha sonra baş tutan birgə mətbuat konfransında liderlər danışıqlar barədə açıqlamalar verərək, medianın suallarını cavablandırıblar.

Ərdoğan Ukraynadan taxıl dəhlizinin açıqlamsı ilə bağlı danışarkən bu məsələdə Putin və Zelenskinin yanaşmasının çox önəmli olduğunu bildirib. Türkiyə prezidenti rusiyalı və ukraynalı həmkarları ilə təmaslarını davam etdirdiyini, ölkəsinin taxıl dəhlizi ilə yanaşı, bölgədə davamlı sülh üçün ciddi səy göstərdiyini vurğulayıb.

İtaliya baş naziri Mario Draqi də sözgedən proseslərdə Türkiyənin rolunu mühüm olaraq qiymətləndirib. O, həmçinin BMT-nin də taxıl dəhlizi məsələsində yaxından iştirak etdiyini xatırladıb.

Mənbə: TRT

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Putin hakimiyyətdən getsə, Ukraynada savaş bitəcəkmi?..

SONRAKI XƏBƏR

BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var