Szinpin Putinin dəvətini rədd etdi

Szinpin Putinin dəvətini rədd etdi<span class="qirmizi"></span>

Çin lideri Si Szinpin Rusiya Prezidenti Vladimir Putinin dəvətinə cavab olaraq Rusiyaya səfər etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Azad Asiya” radiosu məlumat yayıb.

Məlumata görə, iyunun 15-də ölkə liderlərinin telefon danışığı zamanı Putin Szinpini Rusiyaya dəvət edib. Lakin Çin prezidenti koronavirus pandemiyası səbəbindən təklifi rədd edərək, yaxın gələcəkdə Rusiyaya səfərin mümkün olmadığını bildirib.

Mənbə: axar.az