Azərbaycanda 17 yaşlı yeniyetmədən dəhşətli əməl: Telefonu əlindən alındığı üçün özünü ÖLDÜRDÜ

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdiyev Ayxan Fariz oğlu iyulun 5-də saat 23:00 radələrində yaşadığı evin həyətində özünü asıb.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onu xilas etmək mümkün olmayıb.

11-ci sinif şagirdi Ayxanın özünə qəsd etməsinin səbəbi məlum olub. Kənd sakinlərinin sözlərinə görə, Ayxan zəif gördüyü üçün gözlükdən istifadə edirdi. O, valideyni ilə Bakıya oftalmoloqun yanına gedib, həkim ona telefondan az istifadə etməyi tövsiyə edib.

Anası Ayxanın telefonunu əlindən alıb, onun gözlərinə ziyan olduğunu bildirib. Küsərək həyətə düşən oğlanın evin arxasında intihar etdiyi bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

“Torpaqlar alınsaydı, Naxçıvan qapısından Türkiyə tərəfindəki torpaqlar Ermənistana keçməli və Naxçıvan qapısı bağlanmalı idi...”

SONRAKI XƏBƏR

Miqrantları daşıyan daha bir gəmi batdı