Pompeo prezident olmaq istəyir

Pompeo prezident olmaq istəyir<span class="qirmizi"></span>

ABŞ-ın keçmiş Dövlət Katibi Maykl Pompeo 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

“Ölkə.az” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu haqda Afinada keçirilən “Economist” konfransı zamanı danışıb.

Pompeo suala cavab olaraq konkret qərarın 2023-cü ilin əvvəlində veriləcəyini bildirib.

Qeyd edək ki, Maykl Pompeo 2018-ci ilin aprelindən 2021-ci ilin yanvarına qədər Donald Tramp administrasiyasında dövlət katibi olub.

Mənbə: olke.az