Putin hakimiyyətdən getsə, Ukraynada savaş bitəcəkmi?..

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən getməsi Ukraynadakı vəziyyəti dəyişməyəcək, çünki Rusiya Federasiyasında ölkəmizlə müharibəni davam etdirmək istəyənlər çoxdur.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Apostrof" nəşrinə müsahibəsində danışıb.

Danilovun fikrincə, Putin getsə belə, Ukraynada vəziyyətin dəyişməsi ehtimalı yoxdur.

"O səhv fikirdir ki, Putin olmasa, o zaman ölkəmizin xeyrinə dəyişikliklər olacaq (ərazilərin qaytarılması - red.). Orada belə "Putinlər" çoxdur. Onların sayı yüzlərlədir. Hazırda Rusiya Federasiyasına rəhbərlik edən 85 məxluq “Putin” ola bilər, az sayda adam istisna olmaqla... Bunlar, belə demək mümkünsə, “liberal tipli” yeddi nəfərdir”, - deyə Danilov bildirib.

Sultan Laçın

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

BNA bir milyon manatlıq yeni şübhəli əməliyyata başlayır, öncə quraşdırır, sonra…sövdələşmə...

SONRAKI XƏBƏR

Ərdoğan: “Putin və Zelenskinin yanaşması çox önəmlidir”