"Bu halda Ukrayna ilin sonunadək Rusiya ilə savaşda qalib gələ bilər..." - Ukrayna rəsmisi

"Bu halda Ukrayna ilin sonunadək Rusiya ilə savaşda qalib gələ bilər..." - <span class="qirmizi">Ukrayna rəsmisi</span>

"Ukrayna ilin sonuna qədər Rusiya ilə müharibədə qalib gələ bilər, lakin bunun üçün bir neçə amil birləşməlidir".

Moderator.az-ın rus versiyası xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Apostrof TV"-yə müsahibəsində danışıb.

“Biz qələbənin baş verməsini çox istərdik, lakin bunun üçün müəyyən amillər olmalıdır. Əgər tərəfdaşlarımızın bizə verdiyi silahların kəmiyyəti və keyfiyyəti yüksək səviyyədə olacaqsa, ölkəmizi dəstəkləmək üçün "lend-liz" proqramı açılacaqsa və digər imkanlar meydana çıxacaqsa, o zaman belə bir vəzifə yerinə yetirilə bilər. Bunlar baş verməsə, çox çətin olacağını başa düşürük. Lakin müstəqillik uğrunda mübarizəmizi davam etdirəcəyik”- deyə Ukrayna rəsmisi vurğulayıb.

A.Danilov həmçinin vurğulayıb ki, müharibədə qələbə 1991-ci ildəki dövlət sərhədlərinin qaytarılması olacaq.

 

Sultan Laçın

Mənbə: moderator.az