Praqanın mərkəzində ukraynalı analara həsr olunmuş heykəl quraşdırılıb

Praqanın mərkəzində ukraynalı analara həsr olunmuş heykəl quraşdırılıb<span class="qirmizi"></span>

 

Çexiyanın Praqa şəhərinin mərkəzində ukraynalı analara həsr olunmuş “Çələng” adlı heykəl quraşdırılıb.

Kompozisiyanı çex rəssamı Veronika Psotkova hazırlayıb. Onun sözlərinə görə, çələng Ukrayna xalqını simvolizə edir. Həmçinin bu, Günəşlə əlaqələndirilir və bu səbəbdən də çələngli qız yüksələn Günəşi, eyni zamanda qadınlıq və gəncliyi təcəssüm etdirir.

KİV-in məlumatına görə, nazik metaldan hazırlanmış heykəl bir neçə metr hündürlükdə havadan asılı vəziyyətdədir.

Mənbə: Gazeta.ru

Mənbə: www.oxu.az