Argentina Böyük Britaniyaya nota verib

Argentina hökuməti Atlantik okeanının cənubunda yerləşən mübahisəli Cənubi Corciya və Cənubi Sandviç adalarına xüsusi statusun verilməsi ilə bağlı Böyük Britaniyaya etiraz notası təqdim edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Argentinanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina hökuməti bu gün Böyük Britaniyaya ünvanlanmış etiraz notası ilə Cənubi Corciya və Cənubi Sandviç adalarının bütün ərazisinin “xüsusi mühafizə zonası” kimi adlandırılması cəhdinə qarşı olduğunu bildirib”, - məlumatda deyilir.

Bu ölkənin Xarici İşlər Nazirliyi vurğulayır ki, Malvin (Folklend) ilə yanaşı, Cənubi Corciya və Cənubi Sandviç adalarını da öz ərazisi hesab edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Meymunçiçəyi analizi necə götürüləcək: Burundan, yoxsa yaradan? - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanla bağlı proqnoz - 2040-cı ilədək...