Britaniya kəşfiyyatı: "Rusiya Lisiçansk və Luqansk vilayəti üzərində nəzarətini gücləndirməyə davam edəcək"

Britaniya kəşfiyyatı: "Rusiya Lisiçansk və Luqansk vilayəti üzərində nəzarətini gücləndirməyə davam edəcək"<span class="qirmizi"></span>

“Rusiya çox güman ki, Lisiçansk və Luqansk vilayəti üzərində nəzarətini gücləndirməyə davam edəcək. Rusiya Silahlı Qüvvələri Şimal, Şərq və Qərb qruplarının xeyli hissəsini İzyum istiqamətinə yönəldib”.

“Report” bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən xəbər verib.

“Rusiya Silahlı Qüvvələri, böyük ehtimalla, hazırda Slovyansk şəhərindən, təxminən, 16 km şimaldadır. Şəhəri mərkəzi və cənub qrupu qüvvələri atəş altında saxlayırlar. Slovyansk uğrunda döyüşün Donbas üçün mübarizədə növbəti əsas yarış olacağı real ehtimalı var”, - məlumatda bildirilib.

Mənbə: report.az