Rusiya Ermənistan ordusu üçün layihə hazırlayıb

Rusiya Ermənistan ordusu üçün layihə hazırlayıb<span class="qirmizi"></span>

Ermənistanın Müdafiə naziri Suren Papikyan parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxışı zamanı bildirib ki, silahlı qüvvələrin rəhbərliyində struktur dəyişiklikləri zərurətdir.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Papikyan struktur dəyişikliklərinin digər məsələlərlə yanaşı Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində hazırlandığını vurğulayıb. “Biz rusiyalı həmkarlarımızla il yarımdır ki, bu dəyişikliklər üzərində işləyirik", - o qeyd edib.

Müdafiə naziri izah edib ki, söhbət Baş Qərargah rəisinə nazirin birinci müavini funksiyalarının verilməsindən gedir. Onun sözlərinə görə, son bir neçə ildə bir idarənin tərkibində mahiyyətcə iki qurum formalaşıb və bu, ölkənin müdafiə sisteminin səmərəli fəaliyyətini pozur və əlavə bürokratik problemlər yaradır.

Deputat Qurgen Melkonyanın müharibə zamanı qərarların qəbuluna kimin cavabdehlik daşıması ilə bağlı sualına cavab olaraq Papikyan deyib ki, hər bir məmur öz məsuliyyətini daşıyır, lakin əsas siyasi məsuliyyət müdafiə nazirinin çiyninə düşür.

"AzPolitika.info"

Mənbə: azpolitika.info