“Hraparak”: Rusiya müharibədə qalib gəlmək üçün Azərbaycanı dəstəklədi

“Hraparak”: Rusiya müharibədə qalib gəlmək üçün Azərbaycanı dəstəklədi<span class="qirmizi"></span>

 

Nikol Paşinyan dahi deyil, o, yeni heç nə uydurmayıb, Ermənistanın və Qarabağ məsələsində öz hakimiyyətinin uğursuzluqlarının bütün günahını Rusiyanın və onun prezidenti Vladimir Putinin üzərinə atmağa çalışır. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, bu, qlobal bir tendensiyadır və Nikol Paşinyan bu tendensiyaya məharətlə inteqrasiya edir, xüsusən də buna inananlar və dəstəkləyənlər çoxdur.

“Paşinyan, ABŞ və bir çox aparıcı Avropa dövlətlərinin liderləri öz ölkələrində inflyasiya, qiymət artımı və ərzaq qıtlığının səbəbi kimi Putini elan ediblər. Ermənistan məsələsində təhlükə ondan ibarətdir ki, bu cür məsuliyyətsiz siyasətə görə biz türklərlə rusların arasında qala bilərik. Rusiya müharibədə qalib gəlmək üçün Azərbaycanı dəstəklədi, Azərbaycan Ordusu Fərruxa daxil olanda ruslar Fərrux üçün döyüşmədilər, Putin Zəngəzur dəhlizini açmaq istəyir, ruslar Ermənistanın iqtisadiyyatını məhv edirlər, Ermənistandan Rusiyaya dollar və avro aparırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az