Klube taxıl dəhlizi barədə: "Bizə aydın təminat lazımdır"

Klube taxıl dəhlizi barədə:  "Bizə aydın təminat lazımdır"<span class="qirmizi"></span>

Taxıl dəhlizlərinin açılması ilə bağlı danışıqlar davam edir, lakin Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəlinməsi asan olmayan bir neçə mühüm addım qalır. AzVision.az xəbər verir ki, bunu "Bloomberg" agentliyinə müsahibəsində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna və Rusiya arasında Türkiyə və BMT-nin vasitəçiliyi ilə keçiriləcək danışıqlarda bir sıra logistik detallar işlənməlidir. Danışıqlar davam edir və əsas diqqət daşıma marşrutları və yük gəmiləri üçün təhlükəsizlik tədbirləri üzərində cəmlənib".

Nazir qeyd edib ki, danışıqlarda iştirak edənlər hələlik Odessanın Rusiya hücumlarından, eləcə də qeyri-hərbi yükləri qoruyacaq xarici patrulların təhlükəsizliyinin təmin edilməsinə dair razılığa gəlməyiblər.

"Bizə aydın təminat lazımdır. Bunun üzərində işlənilir".

 

Mənbə: azvision.az