“Bayden maddi durumunu yaxşılaşdırmağa çalışır” – Rus deputat

“Bayden maddi durumunu yaxşılaşdırmağa çalışır” – Rus deputat<span class="qirmizi"></span>

 

ABŞ Prezidenti Co Bayden planeti yeni dünya müharibəsinə cəlb edir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı deputat Olqa Kovitidi deyib.

Onun sözlərinə görə, Amerika lideri dünyanı enerji və maliyyə böhranına sürükləyir:

“Amerika demokratları deyirlər ki, Baydenin adı hər şeydə demokratlarla əlaqələndirilməməlidir. Amma bütün bu qlobal mənfi gedişat yalnız bir şəxsə, ABŞ-ın şən 46-cı prezidenti Co Baydenə görədir.

ABŞ-ı bürümüş zorakılıq dalğası ölkəni asanlıqla cənginə alan böhranın nəticəsidir. Əksər amerikalı Baydenin kursunu uğursuz hesab edir. Kəskin - 180 dərəcəlik dönüş Amerikanın 46-cı prezidentinə yalnız özünü və oğlunun maddi vəziyyətini yaxşılaşdırmağa imkan verəcək”.

Mənbə: teleqraf.com