Onların hamısı Allahsız sayılır - Kobaxidze

Onların hamısı Allahsız sayılır - Kobaxidze<span class="qirmizi"></span>

Mitinqlərdə səhnəyə çıxanların hamısı vətənsiz və imansız olduqları üçün Allahsız sayılırlar.

Axar.az xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, avropalı parlamentarilərdən biri olan Qaler hesab edirdi ki, İvanişvili vətənpərvər olsa, ölkəni tərk edərdi:

"Görün onlar vətənpərvərliyi necə başa düşürlər? - Vətənpərvər ölkəni tərk edən insandır. Bu, onların bizə qarşı fikirlərini göstərir, vətənpərvər ölkəni tərk etməli və ölkə vətənsizlərə təhvil verilməlidir. Mitinqlərdə səhnəyə çıxanların hamısı vətənsiz və imansız olduqları üçün Allahsız sayılırlar. Bu, onların haqlarıdır, lakin həqiqətən də səhnəyə çıxanların hamısı belə idilər. Onlar deyirlər ki, insan vətənpərvərdirsə, ölkədən getsin, vətənsizlər isə nəinki səhnədə durmalıdırlar, həm də hakimiyyəti ələ keçirməlidirlər".

Mənbə: axar.az